DjZORRO
Главная | | Регистрация | Вход
Категории раздела
Xəbərlər [0]
Musiqi [0]
Мини-чат
Наш опрос
Оцените мой сайт
Cavabların nəticələri: 16
Статистика
Главная » 2009 » Апрель » 29 » NORVEÇİN İQTİSADİYYATI
NORVEÇİN İQTİSADİYYATI
16:24
 
 
DjZORRO.TK                                     

 
Statoil ASA

Statoil Norveç neft şirkəti. Əsası 1972-ci ildə qoyulmuş Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir.

Statoil dünya xam neftin və Avropaya isə qazın əsas ixracatçılarından biridir. 9-dan çox ölkədə 2000-dən artıq yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. Şirkətə 2004-cü ilin ortalarından etibarən Helge Lund başçılıq edir.

2006-cı ilin ortalarından etibarən mətbuatda Statoilin Norveçin digər sənaye nəhəngi Norsk Hydro ilə birləşəcəyi barədə məlumatlar yayıldı. Bu təklif Avropa birliyi tərəfindən (Avropa İqtisadi Zonası tələblərini ödədiyi səbəbindən) müsbət qarşılandı. Norveç Parlamanti isə təklifi 2007-ci ilin 8 İyun tarixində qanuniləşdirdi. Statoil yaranacaq yeni şirkətin 67.3% səmhlərinə sahib olacaq. Şirkətin isə cox güman ki, StatoilHydro adlanacağı gözlənilir. Razılaşmnın 2007-ci ilin üçüncü rübündə əldə edilməsi gözlənilir. Əgər sözügedən sövdələşmə baş tutsa şirkət dünyanın ən böyük dəniz neft və qaz şirkəti olacaq.

Tarixi

 
Statoil Ryfoss yanacaq doldurma məntəqəsi

Den Norske Stats Oljeselskap A/S 1972-ci il Norveç parlamentinin (Stortinget) qərarı ilə dövlətəməxsus məhdud özəl şirkət olaraq yaradıldı. Bu şirkətin yaradılmasında məqsəd Şimal dənizi şelfində yenicə forlamalaşmaqda olan neft-qaz sənayesində iştirak etmək və dünya neft sənayesində Norveçin maraqlarını qoruya biləcək yerli neft şirkətinin yaradılması idi. Statoildən yarandığı gündən etibarən parlamentə illik hesabat verməsi tələb olunrudu. 1973-cü ildə şirkət neft sənayesinə aktiv şəkildə qoşulur və ilkin səylər nəticəsində Rafnesdə emaledici müəssisələrin işlək vəziyyətət gətirilməsinə nail olunur. 1980-ci ildə isə Norsk Hydro ilə birgə Mongstada yeni neft emalı zavodunun tikilmısınə nail oldu. 1981-ci ildə isə ilk Norveç şirkəti olaraq Norveç kontinetal şelfində yerləşən Gulfaks yatağının işlədilməsinə dair hüquqlara yiyələnir. 1987-88-ci illərdə şirkət tarixinin baş icraedici rəhbəri Arve Yonsenin istefası ilə nəticələnəcək ən səs-küylü Mongstad adlanacaq qalmaqalını yaşayır.

2001-ci ildə şirkət özəlləşdirilir və məhdud məsulliyətlə müəssisə elan edilir. Nəticədə Statoil Oslo və Nyu-York fond birjlarında iştirak etmək hüquq qazanır. Həmin ildə şirkət adını Statoil ASA olaraq dəyişir.


 

Əməliyyatları

Gullfaks A

Statoil 60% ümumdaxil məhsul göstəricisi ilə Norveç kontinental şelfində fəaliyyət göstərən ən böyük əməliyyat şirkətidir. Norveç kontinetal şelfində Glitne, Gulfaks, Haydrun, Huldra, Kristin, Mikkel, Norne, Ormen Lange, Sleypner, Snorre, Snøhvit, Statfjord, Sygna, Tordis, Troll, Veslefrikk, Vigdis, Visund, Volve və Åsgard neft-qaz yataqlarını istismar etməkdədir. Bundan əlavə şirkətin Kolsnes, Kårstø, Mongstad Tjeldbergodden və Melkøyada emaletmə zavodları da var.

Dünya miqyasında isə Statoil Əlcəzair, Anqola, Azərbaycan, Braziliya, Çin, İran, Livya, Nigeriya, Birləşmiş Ştatlar və Venesuelada fəaliyyət göstərir. Statoilin Belşika, Danimarka, Fransa və Almaniya kimi ölkələrdə emaletmə zavodları mövcuddur.

Statoil Norveç kontinental şelfindən Qərbi Avropaya yönələn Zeepipe, Statpipe, Europipe və Franpipe neft və qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişlərində də iştirak edib. Şirkətin London, Stamford, və Sinqapurda xam neft, emaledilmiş neft məhsuları və təbii qaz mayelərinin satışı üzrə ticarət offiskləri yerləşir.

Statoilin Danimarka, Estoniya, Latviya, Litva, Norveç, Polşa, Rusiya və İsveçdə, ümumilikdə 2000-dən artıq yanacaq doldurma məntəqələri fəaliyyət göstərir.

2006-ci ildə isə şirkət atmosferə karbon qazı tullantılarının həcmini azaltmaq məqsədilə həyata keçiriləcək karbon qazının musadirəsi adlı dünyanın ən böyük layihəsinə cəlb edilir.

 Statoil Azərbaycanda

Statoil Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli neft yatağı, Şahdəniz qaz-kondensat yatağı, eləcə də Alov, Araz və Şərq perspektivli strukturlarının axtarış, kəşfiyyat və işlənilməsində yaxından iştirak edir. Şirkət Bakı-Tbilis-Ceyhan neft kəmərinin çəkilməsində də iştirak etmiş Cənubi Qafqaz qaz xəttinin çəkilişində də maraqlıdır.

Maraqlı

2006-ci ilin 2 oktyabr tarixində müğənni Kati Melua Şimal dənizində Statoila məxsus Troll A platformasında suyun 303 metr dərinliyində konsert verməklə sualtında ən dərin konsert olmaqla Ginesin Rekordlar Kitabına düşür.
 
 
DjZORRO.TK
 
Просмотров: 2101 | Добавил: djzorro | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Поиск
Календарь
«  Апрель 2009  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024 Бесплатный хостинг uCoz