DjZORRO
Главная | | Регистрация | Вход
Категории раздела
Xəbərlər [0]
Musiqi [0]
Мини-чат
Наш опрос
Оцените мой сайт
Cavabların nəticələri: 16
Статистика
Главная » 2009 » Март » 10 » ZamaN(qəzet)
ZamaN(qəzet)
15:18
                                        Azərbaycanın ən maraqlı qəzeti
 
 
 
Generalın qətli ilə bağlı bir nəfər həbs olunub 

A. Rəfiyevin bir neçə gün əvvəl keçirilən əməliyyat zamanı həbs olunduğu bildirilir
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı bir nəfər həbs olunub. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, tutulan şəxs Anar Rəfiyev adlı Bakı sakinidir. A. Rəfiyevin bir neçə gün əvvəl keçirilən əməliyyat zamanı həbs olunduğu bildirilir. Saxlanılan şəxsdən hərbi geyim götürülüb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə  açıqlamasında general Rail Rzayevin qətli ilə bağlı həbs edilənin olması barədə məlumatı nə təsdiq, nə də təkzib edib: “İstintaq sirri olduğu üçün məsələ ilə bağlı hələlik heç bir məlumat verilmir”.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev bu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Baş prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb.
 
 
Azərbaycan BMT-də hesabat verib 

Azərbaycana gələn miqrantlar nəqliyyat, tikinti və digər sahələrdə işləyir və ölkə vətəndaşlarının malik olduğu bütün hüquqlardan istifadə edirlər.
Azərbaycan BMT-nin işçi miqrantlarla bağlı komitəsinin Cenevrədə keçirilən 10-cu sessiyasına adıçəkilən məsələ ilə bağlı hesabat təqdim edib. Hesabatda son illərdə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı ölkəyə yaxın və uzaq xaricdən gələn miqrantların sayının durmadan artması və onların hüquqlarının qorunması məsələləri öz əksini tapıb. Sənəddə bu məsələdə Azərbaycanın dünyanın inkişaf etmiş demokratik ölkələrinin təcrübəsindən geniş istifadə etdiyi və miqrantlara aid bütün məsələlərin beynəlxalq hüquq normaları əsasında aradan qaldırıldığı vurğulanır. Sənəddə qeyd edilir ki, Azərbaycana gələn miqrantlar nəqliyyat, tikinti və digər sahələrdə işləyir və ölkə vətəndaşlarının malik olduğu bütün hüquqlardan istifadə edirlər. Eyni zamanda, Azərbaycandan xaricə gedən miqrantlar və onların vəziyyətinə dair də sənəddə geniş yer ayrılıb.  
”Ermənistan işğalçı siyasətinə görə cavab verməlidir”
BMT Təhlükəsizlik Şurasının Nyu-York şəhərində növbəti iclası keçirilib. Dünyanın müxtəlif bölgələrindəki, o cümlədən Cənubi Qafqazdakı münaqişələrə də geniş yer ayrılan iclasda ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev də iştirak edib. O,  “Beynəlxalq sülhün təmin edilməsi və təhlükəsizlik: vasitəçilik və münaqişələrin çözülməsi”nə həsr edilən müzakirələrdə çıxış edib. Bölgədə uzunmüddətli sülh və sabitlik əldə edilməsinə Ermənistanın düşünülmüş şəkildə mane olduğunu və təcavüzkarlıq siyasətindən əl çəkmədiyini söyləyən Mehdiyev Yerevanı hərbi güc işlətməklə Dağlıq Qarabağı ilhaq etməyə çalışdığını söyləyib. Aqşin Mehdiyev Ermənistanın işğal edilmiş ərazilərimizdə etnik təmizləmə apardığını və işğal altında olan qədim mədəniyyət abidələrimizi vəhşicəsinə məhv etdiyini deyib. 
Səfir eyni zamanda ATƏT MQ həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda uğur əldə edilmədiyini və bunun əsas günahkarının da Ermənistanın olduğunu bildirib. Lakin BMT-dəki daimi nümayəndəmiz buna baxmayaraq, Azərbaycanın münaqişənin konstruktiv yollarla və ərazi bütövlüyümüz çərçivəsində həllində israr etdiyini vurğulayıb.
Просмотров: 882 | Добавил: djzorro | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Поиск
Календарь
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024 Бесплатный хостинг uCoz